Ru
10:48 / 20 Oktyabr 2026

Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - FOTO

Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı  - FOTO
Eye

Şimali Koreya lideri Kim Çen In oktyabrın 19-da paytaxt Pxenyanda keçirilən geyim və ayaqqabı sərgisini ziyarət edib.

"Bakupost" xəbər verir ki, Şimali Koreya rəhbərinin vəfatı ilə bağlı sosial şəbəkələrdə gəzən şayiələrin fonunda, Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) sözügedən tədbirdən kadrlar yayımlayıb.

Təqdim olunan fotolarda Kim Çen Inın uşaq ayaqqabılarına və qadın paltolarına baxdığı, həmçinin yanındakı rəsmilərlə danışarkən aktiv jestlərdən istifadə etdiyi görünür.

Qeyd edək ki, KXDR liderinin ölümü barədə iddiaları ABŞ-də məskunlaşan çinli dissident Vantszyun Se ortaya atmışdı. O, Kimin ağır beyin qanaması keçirdiyini, komaya düşdüyünü və Pekinə aparıldıqdan sonra həyatını itirdiyini bildirmişdi.

KMTA-nın verdiyi məlumata görə, təşkil olunan tədbirdə 70 mindən çox geyim növü və 170 min cütdən artıq ayaqqabı ziyarətçilərə təqdim edilib. Sərgidə ümumilikdə 270-dən çox müəssisə iştirak edib. Agentlik qeyd edir ki, Şimali Koreya lideri istehsal olunan məhsulların dizayn keyfiyyətinin artırılmasına və əyalətlərdə yüngül sənayenin, xüsusilə ayaqqabı və paltar istehsalının genişləndirilməsinə dair çağırışlar edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar