Ru
21:45 / 26 Noyabr 2025

Ölkəmizə 500 min nəfər “quru yolu ilə” necə gələ bilib?

Ölkəmizə 500 min nəfər “quru yolu ilə” necə gələ bilib?
Eye

Rəsmi məlumatda deyilir ki, bu ilin ilk 10 ayında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3%-i hava, 22,4%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.


Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“Yaxşı, əcnəbilərin ölkəmizdən quru sərhədlərlə çıxışına, GETMƏSİNƏ tam icazə var, sərbəstdirlər, onların ölkədən quru sərhədlərlə buraxmamağa Azərbaycanın hüququ yoxdur – bunu bildik, bəs ölkəmizə GƏLƏN xarici vətəndaşların, təqribən 25%-i dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə necə daxil olublar?! Bunların hamısı TİR sürücüsü ola bilməz axı, sayları 500 min nəfərdən çox edir, bəs necə quru sərhədlərdən, yaş sərhəd olan dənizdən ölkəmizə gəliblər?! Onlara olar, bizə ÖZ ölkəmizə gəlmək olmaz?!” - o bildirib.

Ekspert vurğulayıb ki, quru sərhədlərin bağlı olması iqtisadiyyata, turizmə ziddi ziyan vurur.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 183 ölkədən 2 milyon 171,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar