Ru
12:55 / 07 Avqust 2026

Ölkəmizə gələn turistlər ən çox nədən narazı qalırlar?

Ölkəmizə gələn turistlər ən çox nədən narazı qalırlar?
Eye

Azərbaycana gələn xarici turistlər ən çox qiymətlərin yüksək olması, bəzi xidmətlərin keyfiyyəti, ictimai nəqliyyat və xarici dillərdə məlumatın kifayət qədər olmamasından narazılıq edirlər.

Bu barədə “Bakupost”a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirib.

Onun sözlərinə görə, bəzi hallarda xidmət sahəsində peşəkarlığın aşağı olması da turistlərin narazılığına səbəb olur.

Ekspert hesab edir ki, bu problemlərin əsas səbəbi turizm sektorunda xidmət standartlarının bütün obyektlərdə eyni səviyyədə tətbiq edilməməsidir.

R.Quliyevin fikrincə, mövcud problemlərin aradan qaldırılması üçün xidmət keyfiyyəti yüksəldilməli, turizm sahəsində çalışanlar üçün mütəmadi təlimlər keçirilməli, xarici dillərdə məlumat lövhələrinin və bələdçi xidmətlərinin sayı artırılmalıdır. Bundan başqa, qiymətlə göstərilən xidmət arasında uyğunluq təmin edilməlidir.

Ekspert qeyd edib ki, bu kimi problemlər Azərbaycanın turizm imicinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, turistlərin ölkədən daha məmnun ayrılması üçün ilk növbədə xidmət, nəqliyyat və informasiya sahələrində ciddi təkmilləşdirmələr aparılmalıdır. Bu istiqamətdə atılacaq addımlar Azərbaycanın turizm baxımından daha cəlbedici ölkəyə çevrilməsinə töhfə verə bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar