Ru
13:54 / 18 İyun 2026

“Ölüm dəmir yolu” 40 ildən sonra üzə çıxdı

“Ölüm dəmir yolu” 40 ildən sonra üzə çıxdı
Eye

İkinci Dünya Müharibəsi zamanı inşa edilən və minlərlə insanın həyatına son qoyan “Ölüm Dəmir Yolu”nda yerləşən Nithe stansiyası illər sonra yenidən üzə çıxıb.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Taylandda bənddə aparılan təmir işləri səbəbindən suyun çəkilməsi nəticəsində təxminən 40 il su altında qalan stansiyanın qalıqları görünməyə başlayıb.

1942–1943-cü illərdə tikilən 414 kilometrlik Tayland-Birma dəmir yolu xəttinin inşasında 250 minə yaxın insan iştirak edib. Onların arasında Müttəfiq qüvvələrdən olan hərbi əsirlər və Asiyanın müxtəlif bölgələrindən gətirilən fəhlələr olub. On minlərlə insan ağır şərait, aclıq və xəstəliklər səbəbindən həyatını itirib və bu səbəbdən dəmir yolu “Ölüm Dəmir Yolu” kimi tanınıb.

Mütəxəssislər bildirir ki, üzə çıxan relslər və nadir tikili qalıqları böyük tarixi əhəmiyyət daşıyır. Araşdırmaçılar qeyd edir ki, suyun bu il sürətlə çəkilməsi ərazinin daha aydın öyrənilməsinə imkan yaradıb.

Bu tapıntı həm tarixçilər, həm də turistlər üçün böyük maraq doğurur.

Lakin avqust ayında su anbarı yenidən doldurulacaq və stansiya yenidən su altında qalacaq.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar