Ru
18:37 / 09 İyul 2026

Ölümündən 71 il sonra əfv edildi

Ölümündən 71 il sonra əfv edildi
Eye

Böyük Britaniyada edam edilən sonuncu qadın Rut Ellis ölümündən 71 il sonra əfv olunub.


"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini və ədliyyə naziri Devid Lemmi parlamentdə açıqlayıb.

Onun sözlərinə görə, R.Ellis böyük ədalətsizliyin qurbanı olub və kral hökumətin tövsiyəsi ilə onun şərti əfvini təsdiqləyib.

Lemmi vurğulayıb ki, əfv Ellisin günahsız olduğu anlamına gəlmir. Nazir bildirib ki, qərar həmin dövrdə baş vermiş ədalətsizliyi göstərir və ölüm hökmü simvolik olaraq ömürlük həbs cəzası ilə əvəz edilir.

Xatırladaq ki, R.Ellis 1955-ci ildə sevgilisi, avtomobil yarışçısı Devid Bleyklini güllələyərək öldürdüyünə görə edam edilib. 28 yaşlı Ellis hadisədən qısa müddət öncə hamilə olub. Qətldən 10 gün əvvəl Bleykli onu döymüş, qarnına vurduğu zərbə nəticəsində Ellis uşağını itirmişdi. Buna baxmayaraq, andlılar cəmi 20 dəqiqəlik müzakirədən sonra onun barəsində ölüm hökmü çıxarmışdı.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar