Ru
17:09 / 03 Avqust 2026

Öncə arvadını, sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır

Öncə arvadını, sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır
Eye

16:15

Abşeronda dəhşətli cinayət törədilib.


"Bakupost" lent.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Zaqatala sakini Tərlan İbrahimov yaşadığı evdə 1978-ci il təvəllüdlü həyat yoldaşını və özünü bıçaqlayıb.

Nəticədə kişi ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ərazisindən çağırış qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qadın isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Boyun nahiyəsinin, başın, döş qəfəsinin, saidin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, qarın divarının kontuziyası diaqnozları təyin edilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Müvafiq laborator və instrumental müayinələr aparıldıqdan sonra pasiyent cərrahi əməliyyata alınıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar