Ru
18:14 / 10 İyun 2026

Onların nəşi Azərbaycana gətirildi

Onların nəşi Azərbaycana gətirildi
Eye

Azov dənizində dron hücumu nəticəsində həlak olan dörd azərbaycanlı dənizçi, o cümlədən Qismət Əliyev və Fuad Orucovun cənazələri artıq Qusar rayonunda yerləşən Samur sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycana gətirilib.

Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, cənazələri daşıyan xüsusi təyinatlı avtomobil hazırda Bakı istiqamətində hərəkət edir.

Məlumatı Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu Bizim.Media-ya təsdiqləyib.

O bildirib ki, mərhum Fuad Orucovun nəşi Bakıda müvafiq tibbi ekspertiza prosedurlarından keçirildikdən sonra ailəsinə təhvil veriləcək.

“Fuad Orucovun sabah Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında dəfn olunması nəzərdə tutulur”, – deyə Anar Oruclu qeyd edib.

Mərhum Qismət Əliyevin də cənazəsinin ekspertiza prosedurlarından sonra yaxınlarına təhvil veriləcəyi gözlənilir.

Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici - "Natra" və "Zirkon" yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar