Ru
13:26 / 30 Sentyabr 2026

“OpenAI” “Microsoft”a rəqib olur: “ChatGPT”dən yeni platforma

“OpenAI” “Microsoft”a rəqib olur: “ChatGPT”dən yeni platforma
Eye

“OpenAI” komandaların süni intellektlə birgə işləməsinə imkan verən “ChatGPT Space” adlı yeni platformanı təqdim edib.

“Bakupost” xəbər verir ki, platformada istifadəçilər fayllar, səhifələr və təqdimatlar üzərində “ChatGPT” ilə birlikdə işləyə, hazırlanan materialları redaktə edə və komanda üzvlərini işə dəvət edə bilərlər.

“OpenAI” həmçinin “PowerPoint”ə alternativ təqdimat funksiyası yaradıb. Slaydlar bir neçə əməkdaş və süni intellekt agenti tərəfindən birlikdə hazırlana və redaktə oluna bilər.

Şirkətin rəhbəri Sem Altman bildirib ki, “Space”də səhifə və fayllar bir yerdə saxlanılır və canlı iş mühiti kimi fəaliyyət göstərir.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar