“OpenAI” 2026-cı ilin sonuna qədər illikləşdirilmiş gəlirinin 70 milyard dollara çatacağını və ya bu məbləği ötəcəyini gözləyir. Artımın əsasən korporativ biznesin genişlənməsi hesabına baş verəcəyi bildirilir.
“Bakupost” xəbər verir ki, şirkətin illikləşdirilmiş gəliri sentyabrın sonunda təxminən 50 milyard dollar təşkil edib.
“OpenAI” yeni maliyyələşdirmə turu çərçivəsində 1,4 trilyon dollar dəyərləndirmə əsasında 30 milyard dollar və ya daha çox investisiya cəlb etmək üçün danışıqlar aparır.
Şirkətin yeni maliyyələşdirmə turunda iştirak etmələri üçün Əbu-Dabidə yerləşən “MGX” şirkəti də daxil olmaqla, Birləşmiş Ərəb Əmirliklərinin bir neçə investisiya fondu ilə görüşdüyü bildirilir.
Vüsalə Hüseynova,
BakuPost