“OpenAI”, “Astra” süni intellekt modelinin yeni versiyasını təhlükəsizlik testlərində gözlənilən nəticəni göstərmədiyi üçün istifadəyə verməyib.
“Bakupost” xəbər verir ki, şirkətin Təhlükəsizlik Sistemləri üzrə rəhbəri Saachi Jain modelin fəaliyyət və səlahiyyət sərhədlərinə riayət etməsi baxımından kifayət qədər yaxşı olmadığını bildirib.
“GPT-6.1 Astra” adlandırılan versiyanın bəzi xüsusiyyətlərdə yaxşılaşdığı, lakin təhlükəsizlik göstəricilərinin yetərli olmadığı qeyd edilib.
Vüsalə Hüseynova,
BakuPost