Ru
16:19 / 16 May 2026

Ordumuz yaz-yay rejiminə keçdi - Video

Ordumuz yaz-yay rejiminə keçdi - Video
Eye

Azərbaycan Ordusunda silah, döyüş, eləcə də xüsusi texnikalar 2026-cı ilin hazırlıq planına uyğun olaraq, yaz-yay mövsümündə istismar rejiminə keçirilib.


Bu barədə Bakupost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində şəxsi heyətə texnikanın mövsümə uyğun istismarı və texniki qulluq qaydaları öyrədilib, təhlükəsizlik tədbirləri üzrə tələblər çatdırılıb, eləcə də hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.

Texniki xidmət məntəqələrində silah və texnikaların fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və iqlimə uyğun yanacaq-sürtkü materialları dəyişdirilib.

Qeyd edək ki, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidi ilə əlaqədar bütün zəruri tədbirlər planlı şəkildə həyata keçirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar