Ermənistanın “Sisakan” dəstəsinin komandiri Aşot Minasyan azadlığa buraxılıb.
"Bakupost" Globalinfo.az-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
A.Minasyan 2020-ci ildə Qarabağ müharibəsində döyüşdükdən sonra 2021-ci ilin dekabrında Ermənistanın Baş naziri Nikol Paşinyanın qətlini hazırlamaqda ittiham olunaraq həbs edilmişdi. Daha sonra onda çox sayda silah və sursat aşkarlandığı açıqlandı. Lakin istintaq dəlil çatışmazlığı səbəbindən Minasyanın zaminə buraxıldığını elan etmişdi.
2024-cü ilin dekabrında isə Sünik məhkəməsi Aşot Minasyanı 1 il 10 ay sınaq müddətinə azadlıqdan məhrum etdi. Minasyanın cəza müddətinin bitdiyi və bu səbəbdən azadlığa buraxıldığı güman edilir.