Ru
09:27 / 14 İyul 2026

Orqanizmdə xolesterin səviyyəsinin yüksək olduğunu necə bilmək olar? - Üzdə nəzərəçarpan əlamətlər

Orqanizmdə xolesterin səviyyəsinin yüksək olduğunu necə bilmək olar? - Üzdə nəzərəçarpan əlamətlər
Eye

Kimyaçı və gözəllik mütəxəssisi Bryus Qrin yüksək xolesterin səviyyəsinin üzdə nəzərəçarpan əlamətini açıqlayıb.

"Bakupost" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "HuffPost" nəşri yazıb.

Mütəxəssisin sözlərinə görə, gözlərin yaxınlığında dəridə görünən solğun sarı rəngli qabarcıqlar (miliumlar) təhlükəli pozuntuya işarə edə bilər. O izah edib ki, bu cür törəmələr ksantelazma adlanır və özlüyündə zərərsizdirlər, lakin ürək-damar xəstəlikləri riskinin artması barədə xəbərdarlıq edə bilərlər.

Eyni zamanda Bryus Qrin vurğulayıb ki, gözlərin altında və ya yanaqlarda ağ və ya sarımtıl səpkilər mütləq şəkildə yüksək xolesterin səviyyəsi ilə əlaqəli olmaya bilər. Onun sözlərinə görə, miliumlar oxşar görünüşə malikdir və keratin dərinin səthinin altında qaldıqda əmələ gəlir. Onlar sağlamlıq üçün heç bir təhlükə yaratmır, lakin kosmetik cəhətdən narahatlıq verə bilər.

Mütəxəssis əlavə edib ki, miliumlar dəri zədələnmələrindən, yanıqlardan və ya məsamələri tıxayan dəriyə qulluq vasitələrindən istifadə etdikdən sonra yarana bilər. Onun sözlərinə görə, bu səpkilər öz-özünə keçir, lakin yüngül kimyəvi pilinqlər və ya retinoldan istifadə etməklə bu prosesi sürətləndirmək mümkündür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar