Ru
13:43 / 14 Noyabr 2025

Orta məktəbi bitirə bilməyənlərin diqqətinə – Sənəd qəbulu başlayır

Orta məktəbi bitirə bilməyənlərin diqqətinə – Sənəd qəbulu başlayır
Eye

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayır.

Bakupost.az xəbər verir ki, eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər 17 noyabr- 1 dekabr (saat 18:00-dək) tarixlərində müvafiq sənədlərini BŞTİ-yə təqdim edə bilərlər.

Qeyd edək ki, eksternat imtahanlarının təşkili müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Əlavə sualı olan vətəndaşlar BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar