Ru
17:57 / 21 Oktyabr 2026

Osloda nələr razılaşdırılıb? - Detallar bəlli oldu

Osloda nələr razılaşdırılıb? - Detallar bəlli oldu
Eye

ABŞ Prezidentinin xüsusu nümayəndəsi Stiv Uitkoffun Norveç səfəri fonunda tərəflər Kiyev üçün təhlükəsizlik zəmanətləri də daxil olmaqla, Ukraynadakı müharibəyə son qoymaqla bağlı bir sıra təkliflər üzrə razılığa gəliblər.

“Bakupost” xarici KİV-ə istinadən yazır ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərini əks etdirən sənəddə NATO Nizamnaməsinin 5-ci maddəsinə istinad da nəzərdə tutulur.

Bundan başqa, iddialara görə, enerji və ərzaq infrastrukturunda qismən atəşkəs, Qara dənizdə döyüşlərə moratorium - taxıl tədarükünü bərpa etmək məsələləri üzrə də razılığa gəliblər. Bildirilir ki, müharibədən sonrakı Ukrayna üçün "rifah planı", yeni "Avropa təhlükəsizlik arxitekturası" da sənəddə öz əksini tapıb. Həmçinin, Tramp, Zelenski və Putin arasında üçtərəfli zirvə görüşünün keçirilməsi də təkliflər sırasındadır.

Zelenskinin təklifləri sırasında Ukraynanın Rusiya neft emalı zavodlarına, əvəzində ikincinin birincinin enerji obyektlərinə hücum etməyəcəyi məsələsi də yer alıb.

Rus mətbuatının yazdığına görə, Zelenski həmçinin, Starlinki 48 saat ərzində bərpa etmək vədini alıb.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar