Toy və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə avtomobillərin bəzədilməsi qadağan deyil. Lakin bəzəklər sürücünün görmə dairəsini məhdudlaşdırmamalı, dövlət nömrə nişanlarını və işıq cihazlarını örtməməli, yol hərəkəti üçün təhlükə yaratmamalıdır.
"Bakupost" “Azad Azərbaycan” televiziyasına istinadən xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, nömrə nişanını bilərəkdən bağlayan sürücü 500–800 manat, bəzək və ya yük səbəbindən nömrənin görünməsinə mane olan sürücü isə yükdaşıma qaydalarının pozulmasına görə 40 manat cərimələnə bilər.