Bir neçə gün əvvəl xarici nömrədən özünə və ailə üzvlərinə qarşı təhdid mesajları aldığını bildirən videobloger Nail Kərəmli məsələ ilə bağlı yeni açıqlama verib.
Bakupost.az xəbər verir ki, o, jurnalist Səidə Bəkirqızına müsahibəsində baş verənlərlə bağlı fikirlərini bölüşüb.
“Mən bunu ictimailəşdirdim ki, başıma hər hansı bir hadisə gələrsə, səbəblərindən biri də bu olsun. Qeyd edim ki, hazırda həmin şəxslə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - deyə o bildirib.
Yasəmən