Özbəkistanda dəhşətli partlayış baş verib.
Bakupost.az xəbər verir ki, ölkənin cənubunda, Kaşkadərya bölgəsində maye qaz yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
Partlayışdan sonra baş verən yanğında iki qaz tankeri və iki yeraltı yanacaq anbarı çəninə ziyan dəyib.
Bilal, BakuPost