Ru
13:45 / 10 İyul 2026

Özəl klinikalarda yoxlama necə aparılır?

Özəl klinikalarda yoxlama necə aparılır?
Eye

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar həyata keçirir. Əgər hər hansı gözəllik salonu və ya qeyri-tibb müəssisəsində qanunsuz tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız hüquqi və fiziki şəxslərin şikayəti, mediada yayılmış məlumatlar və ya dövlət orqanlarının araşdırmaları (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər.

"Bakupost" xəbər verir ki, bu barədə AEM-in Hüquq şöbəsinin müdiri Tamam Həsənova məlumat verib.

O qeyd edib ki, qanunvericiliyə əsasən plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır:

“Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş AEM-in əməkdaşları tərəfindən aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir. Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən (“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu da yazmaq olar) ölkə üzrə bütün lisenziyalar, eləcə də özəl tibb fəaliyyətinə dair lisenziyalar aidiyyəti dövlət qurumu tərəfindən verilir, AEM tərəfindən həmin müəssisələrə baxış keçirilərək müəssisənin təchizat, tibbi heyət və pasiyent qəbuluna uyğunluq barədə rəy verilir. Yoxlamalar nəticəsində əldə edilmiş hər bir fakt rəsmiləşdirilir və bu yoxlayıcıların aktı ilə təsdiq edilir. Qanun pozuntusu olduğu təqdirdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti orqanlara (məhkəmə və ya digər orqana) göndərilir və cərimə yalnız aidiyyəti orqanın qərarından sonra tətbiq edilir. Əgər həmin qanun pozuntusu təkrarlanarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilərək məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir. İnsan həyat və sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə, məsələ cinayət işi kimi prokurorluq orqanlarında araşdırılır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar