Evsiz çinli özünü varlı kişi kimi təqdim edərək qadınları aldadıb.
Bakupost.az "South China Morning Post" qəzetinə istinadən xəbər verir ki, Şanxaydan olan Çen soyadlı evsiz kişi fırıldaqçılıq planı hazırlayıb. 36 yaşlı kişi özünü iş adamı kimi təqdim edərək qadınlarla tanış olub. Hətta o, qadınlardan birinə gecə klubunun sahibi olduğunu deyib.
Çen 10 gün ərzində onunla birlikdə restoranlara və əyləncə məkanlarına getmək üçün beş qadını "işə götürüb". O, yoldaşlarına maaş vəd edib. Əslində isə onlar yemək, yeni paltar və elektronika xərclərini öz ciblərindən ödəyiblər.
Qadınlar ta şübhələnənə qədər onun dəbdəbəli həyat tərzinə pul xərcləyiblər. Avqust ayında qurbanlardan biri polisə müraciət edib. O, Çenlə birlikdə şəhərdə gəzdiyini, bunun müqabilində ona 3500 yuan vəd etdiyini, lakin pulu ala bilmədiyini bildirib. Polis artıq fırıldaqçını həbs edib. İstintaq davam edir.
Zaur, BakuPost