Ru
19:23 / 29 Sentyabr 2026

Pakistanda 23 yaşlı azərbaycanlı qız təcavüzə uğradı - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qız təcavüzə uğradı -  VİDEO
Eye

Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadının qrup halında zorlanması iddiaları ilə bağlı cinayət işində yeni məqamlar üzə çıxıb.


"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, həyata keçirilmiş tibbi ekspertizanın nəticələrinə əsasən, zərərçəkənin üzərində xəsarət izləri və DNT nümunələri tapılıb. Daha sonra səhiyyə işçiləri tərəfindən qadının psixoloji müayinəyə cəlb edilməsi qərara alınıb.

Verilən ekspertiza rəyində zərərçəkmişin insident anında böyük ehtimalla narkotik maddələrin təsiri altında ola biləcəyi də vurğulanır.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə əlaqədar daha 6 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Hazırda saxlanılanların əsas şübhəlilərlə əlaqələrinin olub-olmaması mobil nömrə çıxarışları və yerləşmə məlumatları əsasında araşdırılır.

Həmin gecə cərəyan edən hadisələri tam aydınlaşdırmaq məqsədilə təhqiqat qrupu təhlükəsizlik kameralarının qeydlərini, cinayət zamanı istifadəsi şübhə doğuran avtomobili, şahidlərin verdiyi ifadələri və tibbi arayışları dərindən öyrənir.

Hadisə gününə dair kadrları təqdim edirik:


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar