Ru
19:04 / 27 Noyabr 2025

Papadan Türkiyəyə çağırış: Ehtiyacımız var...

Papadan Türkiyəyə çağırış: Ehtiyacımız var...
Eye

Papa XVI Leo Türkiyəni xalqlar arasında vasitəçi rolunu üzərinə götürməyə çağırıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, Papa dörd günlük səfəri zamanı Ankarada hökumət nümayəndələri və diplomatlar qarşısında çıxış edib: “Cənab Prezident, Türkiyə davamlı sülhə xidmət edən, sabitliyin və xalqlar arasında həmrəyliyin olduğu bir ölkədir. Bu gün dialoqu təşviq edəcək və onu möhkəm iradə, səbirli əzmlə həyata keçirəcək insanlara həmişəkindən daha çox ehtiyacımız var”.

Papa həmçinin “qlobal səviyyədə münaqişələrin səviyyəsinin artması”ndan narahatlığını filə gətirib.

Roma Papasının sözlərinə görə, Türkiyə Şərqlə Qərb, Asiya və Avropa arasında körpü rolunu oynayır və eyni zamanda daxili müxtəlifliyi ilə zəngin ölkədir:

"Siz Aralıq dənizinin və bütün dünyanın bu günündə və gələcəyində mühüm yer tutursunuz. Bu, ilk növbədə, daxili müxtəlifliyinizə dəyər verməyinizdən irəli gəlir. Cəmiyyət plüralizmə sahib olanda yaşaya bilir. Xristianlar ölkənizin birliyinə müsbət töhfə vermək istəyirlər. Onlar türk kimliyinin bir parçasıdır".

Dünya katoliklərinin lideri onu da bildirib ki, Türkiyə kimi dinin mühüm rol oynadığı bir cəmiyyətdə hər bir insanın ləyaqətinə və azadlığına hörmət etmək lazımdır:

"Biz hamımız Allahın övladlarıyıq və bunun şəxsi, sosial və siyasi nəticələri var. Bu gün bu, daxili siyasəti və beynəlxalq münasibətləri dəyişdirməli olan ciddi çağırışdır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar