Parisin mərkəzində Fransa Prezidenti Emmanuel Makronun istefası, ölkənin Avropa İttifaqı və NATO-dan çıxması tələbi ilə nümayiş keçirilib.
Bakupost.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nümayişçilər Fransa paytaxtının 6-cı rayonundakı Monparnas bulvarından Luvr muzeyinə doğru yürüş ediblər. Onlar “Makron, get!”, “Lekornuya səs ver!”, “Aİ-dən çıx!” şüarları səsləndiriblər.
"İndi hökumətlər qısa müddətə təyin olunur. Həqiqətən ciddi olan odur ki, kabinet yalnız büdcəni Nazirlər Şurası vasitəsilə ötürmək üçün təyin olunur", - Patriotlar partiyasının lideri və mitinqin təşkilatçısı Florian Filippo jurnalsitlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, “baş verənlərdə demokratiyanın zərrəsi belə yoxdur”.
"Ölkə tam qarışıqlıq içindədir. Baş nazirlər bir-birinin ardınca dəyişir", - Filippo vurğulayıb.
O, “prezident istefa verməlidir” fikrini bildirib.