Ru
18:00 / 05 İyun 2026

“Parklanmanın pullu olması konstitusiya ziddir” - Tanınmış hüquqşünas

“Parklanmanın pullu olması konstitusiya ziddir” -  Tanınmış hüquqşünas
Eye

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində olan "Azparkinq" sisteminin fəaliyyəti və tətbiq etdiyi parklanma qaydaları cəmiyyətdə narazılığa səbəb olur.

Sürücülər tərəfindən "parklanma tələsi" kimi xarakterizə edilən bu sistemin şəffaflığı və vətəndaş məmnuniyyətinə xidmət edib-etmədiyi şübhə yaradır. Xüsusilə parklanma nişanlarının və məlumatverici stendlərin yerləşdirilmə forması sürücülər tərəfindən "pusqu qurmaq" kimi qiymətləndirilir.

“Polisə dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, avtomobilləri park etmək hüququnun pullu olması doğru yanaşma deyil:

““Azparkinq”lər tərəfindən iki zolaqlı yolun bir tərəfinin zəbt olunması həyata keçirilirsə, onda ölkəyə nəqliyyat vasitələrinin axınını da dayandırmalıdırlar.

Vətəndaş minbir əziyyətlə, bankdan kredit almaqla avtomobil alır. Amma əvəzində avtomobili park etmək hüququ pullu olur. Bu doğru yanaşma deyil. Demək olar ki, bütün obyektlərin hamısı yol kənarında tikilib. Parkinqlər mövcuddursa, apteklər, ərzaq mağazaları, klinikaların da yol kənarında tikilməsinin nə mənası var? Onun nəticəsidir ki, vətəndaş avtomobilini park etməyə yer tapmır. Belə vəziyyət istər-istəməz insanlar arasında gərginliyi artırır. AYNA cərimələrdən əldə etdiyi vəsait hesabına bir neçə avtonəqliyyat vasitəsi alıb, onlara texniki vasitələr quraşdırmaqla, parklamada olan maşınları çəkib qeydiyyatdan keçməyənləri dərhal 40 manat cərimələyir”.

İB sədrinin sözlərinə görə, bu hal Azərbaycan Konstitusiyasının 12 maddəsinə ziddir:
“Burada qeyd edilir ki, dövlətin ali məqsədi insanların hüquq və azadlığını və onların layiqli həyat səviyyəsini təmin etməkdir”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar