Ru
23:46 / 02 İyun 2026

Partiya sədrindən qurum rəsmisinə sərt tənqid: Sizin işiniz elə...

Partiya sədrindən qurum rəsmisinə sərt tənqid: Sizin işiniz elə...
Eye

Azərbaycan məmurlarının bir çoxu açıqlama verərkən, sanki, düşünmürlər, özləri-özlərini pis vəziyyətə salırlar.

Əvvəl yaxşı xəbərdən başlayım: Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu, Azərbaycanın maliyyə dəstəyi və liderliyi ilə bu vacib logistik marşrut açıldı. Bu lahiyə elan olunanda heç bir xarici bank, maliyyə mərkəzi absurd iddialara görə layihəni dəstəkləmədi, kredit ayırmadılar – mənasız bəhanələri də o idi ki, guya, bu layihə Ermənistanın izolyasiyasını artırır.

Bakupost.az xəbər verir ki, bunu ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Bakı-Tiflis-Qars dəmir yolunun işə salınması ilə bağlı münasibətində bildirib.

O vurğulayıb ki, bu gün layihə çalışır, tələbat var, “Orta Dəhliz” dünya logistika xəritəsində öz yerini tutur:

"Hamı indi bu layihədə maraqlı olduğunu deyir, hətta Ermənistan da bu yolun açılmasını alqışlayır. Bura qədər hər şey yaxşıdı, Azərbaycanın strateji doğru qərar alma qabiliyyətini, Dövlət ağlını göstərir.

ADY rəhbəri Rövşən Rüstəmov bəyan edib ki, BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil.

Yumşaq desəm, çox qəribə açıqlamadır, yaxşı, o planı kim qurmalı, tərtib etməlidir ki?! Mən?! Plan yoxdursa, olsun da, Sizin işiniz də elə plan tərtib edib, ölkələrarası münasibətləri intensivləşdirmək deyilmi?! Gürcüstan tərəfi razı, Türkiyə tərəfi marağını ifadə edib, yaxşı, planı bircə siz, ADY olaraq qura bilmirsiz, ya qurmamısınız?! Nə mane olur ki, bu planı düşünüb, həyata keçirməyə?!"

İqtisadçı vurğulayıb ki, BTQ dəmir yolunu sərnişinlər üçün “Qafqaz Ekspresinə” çevirmək olar:

"Hətta Orta Asiya Respublikalarından turistlərin Avropaya qədər çatdırılmasını təşkil etmək, planlamaq mümkündür".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar