Ru
09:44 / 25 Noyabr 2025

Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı – 4 nəfər evə buraxıldı

Partlayışda xəsarət alanların vəziyyəti açıqlandı – 4 nəfər evə buraxıldı
Eye

Dünən saat 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə KTM-dən verilən məlumat görə yaralananlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.

1 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar