Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla telefon əlaqəsi saxlayıb.
"Bakupost" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Paşinyan Sərdar Berdiməhəmmədovu COP17 çərçivəsində Ermənistanda təşkil olunacaq Liderlər Zirvəsində iştirak etməyə dəvət edib. Türkmənistan Prezidenti dəvəti qəbul edib.