Ru
23:51 / 06 Oktyabr 2026

Paşinyan Ermənistan ordusundakı əsgər ölümlərindən danışdı: Döyüş növbəsində...

Paşinyan Ermənistan ordusundakı əsgər ölümlərindən danışdı:  Döyüş növbəsində...
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan orduda baş verən bir sıra intihar hallarının, o cümlədən regionda sülhün bərqərar olması ilə əlaqəli olduğunu bildirib.


"Bakupost" xəbər verir ki, bu barədə o, "İnfokom" nəşrinə müsahibəsində deyib.

Paşinyanın sözlərinə görə, intihara çatdırılma hallarının bir qismi əsgərlərin döyüş növbəsi zamanı yuxuya getməsi ilə əlaqədardır - kriminal submədəniyyət və ya təhlükəsizliyin təmin edilməsinə dair əvvəlki yanaşmaya görə bu, bağışlanmaz günah hesab olunur.

"Əvvəllər gərginlik olduğu zaman əsgərlərin döyüş mövqeyində yuxuya getməmək motivasiyası var idi", - deyə Paşinyan bildirib və əlavə edib ki, bu gün, sülh bərqərar olduqdan sonra əsgərlərin artıq belə motivasiyası yoxdur.

Eyni zamanda, baş nazir orduda intihar hallarının adi həyatdan əhəmiyyətli dərəcədə az olduğunu bildirib. Bununla belə, o, problemin mövcudluğunu və onun ciddi şəkildə araşdırılaraq həll edilməli olduğunu inkar etməyib.

Qeyd edək ki, 2026-cı ilin əvvəlindən Ermənistan Silahlı Qüvvələrində artıq 16 hərbçinin ölümü qeydə alınıb. Ordudakı insidentlər geniş ictimai rezonansa səbəb olub. İntizam, nizamnamədənkənar münasibətlər və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti ilə bağlı məsələlər yenidən aktuallaşıb.

Avqustun 13-də Ermənistanın baş naziri Nikol Paşinyan ordudakı insidentləri və ümumilikdə Silahlı Qüvvələrdəki vəziyyəti şərh edərkən bu sahəyə birbaşa cavabdeh strukturlarda kadr dəyişikliklərinin olacağını açıqlayıb. Bundan qısa müddət sonra Silahlı Qüvvələrin mənəvi-psixoloji təminat idarəsinin rəisi Serjə Stepanyan və Hərbi Polis rəisi Aşot Zakaryan vəzifələrindən azad ediliblər.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar