Ru
17:09 / 23 İyul 2025

Paşinyan evlənməməsinin səbəbini açıqladı

Paşinyan evlənməməsinin səbəbini açıqladı
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyanın Anna Akopyanla rəsmi nikahının olmaması uzun müddətdir ki, müzakirə olunur.

Bakupost.az xəbər verir ki, Baş nazir "Təhsil dəbdədir" kampaniyası çərçivəsində bunun səbəbini açıqlayıb.

"1990-cı illərdə müxalif siyasi fəaliyyətlə məşğul olduğum üçün başa düşürdüm ki, məni həbs edə, məhkəməyə cəlb edə və əmlakımı müsadirə edə bilərlər. Ona görə də ailəmi qorumaq məqsədilə rəsmi nikaha girmədim", - o deyib.

Paşinyan əlavə edib ki, Anna ilə birgə aldıqları ev həyat yoldaşının adına rəsmiləşdirilib.

"Mən başıma nələrin gələ biləcəyini anlayırdım. Ona görə də düşünürdüm ki, heç olmasa, uşaqlarımın yaşaya biləcəyi bir ev olsun. Bizim rəsmi nikahda olmamağımızın başqa heç bir səbəbi yoxdur".

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar