Ru
17:42 / 03 İyun 2026

Paşinyan “günahlarını yuyacaq”: Putinlə gizli sövdələşməni açıqladı

Paşinyan “günahlarını yuyacaq”: Putinlə gizli sövdələşməni açıqladı
Eye

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya ilə gərgin münasibətləri tamamilə aradan qaldırmağa hesablanmış sensasion bəyanatla çıxış edib.

Bakupost.az xəbər verir ki, Paşinyan seçkiqabağı təşviqat zamanı xalqa müraciətində özü ilə Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunmuş gizli sövdələşmənin detallarını bölüşərək, Kreml rəhbərinə xüsusi bir vəd verdiyini rəsmən elan edib.

Paşinyanın dediyinə görə, Putinə söz verib ki, Ermənistanda keçiriləcək seçkilərdən dərhal sonra Moskvaya rəsmi səfər edərək ikitərəfli münasibətlərdə yaranmış bütün cari problemləri, o cümlədən ən kritik sualları birdəfəlik həll edəcəklər.

Politoloq Zərdüşt Əlizadə Bakupost.az-a bildirib ki, həqiqətə uyğun bir bəyanatdır:

“Bu bəyanatla Paşinyan bir tərəfdən xalqa seçkilərdə qalib gələcəyini aşılayır. Baş nazir kimi də seçkidən dərhal sonra Rusiyaya gedəcək. O biri tərəfdən də deyir ki, Rusiya ilə münasibətlər pisləşməyəcək, özü problemləri yoluna qoyacaq. Yəni bu barədə narahatlığa ehtiyac olmadığını söyləyir”.

Ekspertin sözlərinə görə, belədə Paşinyan həmçinin Rusiyaya güvənən müxalifəti də pat vəziyyətinə salır.

Politoloq hesab edir ki, Paşinyanın Rusiya ilə münasibətləri normallaşdırmaqdan başqa hər hansı digər bir çıxış yolu yoxdur:
“O, buna getməyə məhkumdur. Həm də başa düşür ki, Ermənistanı indilikdə Avropa İttifaqına qəbul etməyəcəklər. Bu mümkünsüzdür və gediləsi uzun bir yoldur”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar