Ru
22:57 / 16 Sentyabr 2026

Paşinyan həmin referendumdan imtina etdi

Paşinyan həmin referendumdan imtina etdi
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim məsələsinin ümumxalq referendumuna çıxarılmasını hələlik tez hesab edir.


“Bakupost” “İnterfaks”a istinadla xəbər verir ki, Ermənistan Hökumətinin rəhbəri bu barədə Milli Məclisdəki hökumət saatı zamanı bəyan edib.

Paşinyanın sözlərinə görə, nazirlər kabineti hazırda ölkə üçün aydın və dəqiq işlənib hazırlanmış alternativ modelin yaradılmasına diqqət yetirməlidir:

“Hazırda referendumun mövzusu yoxdur. Əslində referendum iki dəfə vasitəli şəkildə artıq baş tutub. Birincisi seçkilər, ikincisi isə Aİ-yə üzvlük prosesinin başlaması haqqında qanunun qəbulu üçün imzatoplama kampaniyası idi”.

Aİ ilə mövcud əməkdaşlığı qiymətləndirən Paşinyan bunu bütün dövrlərin en məhsuldar əlaqəsi adlandırıb. O, misal olaraq viza rejiminin liberallaşdırılması prosesinin başlanmasını və Avropa Parlamentinin erməni məhsullarının ixracına güzəştlər tətbiq etmək barədə son qərarını göstərib.

Xatırladaq ki, sentyabrın 1-də Ermənistan Baş naziri ilə görüşü zamanı Rusiya Prezidenti Vladimir Putin İrəvanın Aİ ilə yaxınlaşma vektorunu yekun olaraq tez bir zamanda müəyyənləşdirməsinin vacibliyini vurğulamışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar