Ermənistanda hüquq-mühafizə orqanları rüşvət vermə və alma faktları ilə bağlı başlanan cinayət işi çərçivəsində Meğri şəhərinin meri Xaçatur Andreasanı saxlayıb.
"Bakupost" "Globalinfo.az"a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Oqancanyan bildirib ki, cinayət işi üzrə ümumilikdə 8 nəfər saxlanılıb.
Onların arasında Sünik (Zəngəzur) vilayətinin Ekoloji Patrul Xidmətinin regional bölməsinin rəhbəri də var.