Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ermənilərin katolikosu Ktriç Nersisyan (katolikosun dünyəvi adı) subaylıq andını pozduğu üçün ruhani rütbəsindən məhrum edilib.
“Bu şəxs öz rütbəsindən məhrum edilib, çünki o, subaylıq andını pozub. O, özünə bənzər insanlarla birlikdə patriarx taxtını ələ keçirib”, – Paşinyan deyib.
Baş nazir həmçinin vurğulayıb ki, o, kilsəni indiki patriarxlardan təkbaşına “təmizləməyə” və hətta “buna həyatını həsr etməyə” hazırdır.
Lalə, BakuPost