Ru
20:14 / 25 İyun 2026

Paşinyan parlamentin yeni sədr namizədini açıqladı

Paşinyan parlamentin yeni sədr namizədini açıqladı
Eye

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin iclasında keçirilən müzakirə və qapalı gizli səsvermə nəticəsində Ruben Rubinyan Milli Məclisin sədri vəzifəsinə namizəd seçilib.


Bakupost.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

Məlumata görə, iclasdan sonra jurnalistlərə açıqlama verən Ermənistanın Baş naziri və “Vətəndaş Müqaviləsi” Partiyasının sədri Nikol Paşinyan səsvermənin nəticələrini təsdiqləyib.

Qeyd edək ki, hazırda Ermənistan parlamentinin spikeri vəzifəsini 2021-ci ildən bəri Alen Simonyan icra edir.

Onu da bildirək ki, Ruben Rubinyan bundan əvvəl parlament sədrinin müavini vəzifəsini icra edib və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar