Ru
23:25 / 23 Dekabr 2025

Paşinyan Putinin bütün dəvətlərini buna görə qəbul edir - Politoloq

Paşinyan Putinin bütün dəvətlərini buna görə qəbul edir - Politoloq
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən fərqli olaraq Rusiyadan ona edilən bütün dəvətləri məmnuniyyətlə qəbul edərək, Kreml sahibi Vladimir Putinlə görüş və müzakirələrdən yayınmır. Paşinyanın buna ehtiyacı var. Halbuki, baş nazir Ermənistanda verdiyi açıqlamalarda ölkəsinin üzləşdiyi bəlalarda birbaşa və dolayı yolla Rusiyanı günahlandırır. Buna baxmayaraq, Paşinyan Kremllə dialoqdan qopmamağa çalışır.

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Paşinyan yaxşı anlayır ki, Kreml və onun ətrafındakı şovinist dairələr Ermənistandakı radikallardan tutmuş kilsəyə qədər olan qüvvələri dəstəkləyir. Ancaq Paşinyan həmin qüvvələrlə mübarizə aparmaqla yanaşı Kremli ona qarşı daha təxribatçı fəaliyyətlərdən yayındırmağa çalışır. Buna görə də, Paşinyan hər dəfəsində Moskva və Sankt-Peterburqdakı tədbirlərdə iştirak edir və Rusiyaya ayaq basan kimi sosial platformasında qaldığı otellərdən müxtəlif görüntülər paylaşır. Paşinyanın bu siyasətinin Kremldəkiləri məmnun etdiyini söyləmək çətindir", - politoloq əlavə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar