Ru
16:27 / 11 İyun 2026

Paşinyan Putinin onu təbrik etməməsindən danışdı: “Ümid edirik…”

Paşinyan Putinin onu təbrik etməməsindən danışdı: “Ümid edirik…”
Eye

Ermənistan baş naziri Nikol Paşinyan parlament seçkilərindəki qələbəsindən sonra Rusiya Prezidenti Vladimir Putinin onu təbrik etməməsinə münasibət bildirib:

Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir jurnalistlərin bununla bağlı sualına ironiya ilə cavab verib:
"Yaxşı, bizi təbrik etmədi. Ümid edək ki, edəcək".

Qeyd edək ki, daha əvvəl Putinin mətbuat katibi Dmitri Peskov Ermənistandakı seçkilərə toxunarkən, yekun rəsmi seçki nəticələrini gözləməyin vacib olduğunu bildirib. Onun sözlərinə görə, burada "bir çox aydın olmayan məqamlar var”.

Paşinyan açıqlamasında onu da bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrinin onu xaric etmək qərarını nəzərə alacaq:

"KTMT haqqında şərh verə bilmərəm. Bilirəm ki, KTMT-dən xaric etmək üçün bir mexanizm var və bu mexanizm qüvvədədir. Üzv ölkələr Ermənistanı xaric etmək qərarına gəlsələr, biz bu qərarı nəzərə almağa məcbur olacağıq - başqa edə biləcəyimiz bir şey yoxdur".

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar