Ru
09:27 / 20 Oktyabr 2026

Paşinyan Qırğızıstan Prezidentinə görə onu işdən çıxardı

Paşinyan Qırğızıstan Prezidentinə görə onu işdən çıxardı
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan protokol xidmətinin rəhbəri Qaqik Vanoyanı işdən azad edib.


"Bakupost" xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb baş nazirin rəsmi çıxışı zamanı yol verilən səhv olub.

Hökumətə yaxın mənbələrin nəşrə bildirdiyinə görə, oktyabrın 18-də COP17 çərçivəsində Nikol Paşinyanın çıxışının mətni təqdim edilərkən Qırğızıstan Prezidenti Sadır Japarov səhvən Qazaxıstan Prezidenti kimi təqdim olunub:

“Paşinyan bundan sonra baş verənlərdən narazılığını bildirib və Qaqik Vanoyanın vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul edib. Bu, hökumət daxilində gərginlik və təəccüb yaradıb. Mənbələr Qaqik Vanoyanı fəal, təşəbbüskar və işinə məsuliyyətlə yanaşan gənc kimi xarakterizə edərək, belə bir səhvə görə onun vəzifədən azad edilməsi qərarının hamı üçün olduqca gözlənilməz olduğunu bildiriblər”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar