Ru
13:30 / 17 Sentyabr 2026

Paşinyan rus dilini öyrənir

Paşinyan rus dilini öyrənir
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan rus dili üzrə kurs keçdiyini açıqlayıb.

“Bakupost” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə hökumətin iclasında danışıb.

Onun sözlərinə görə, hazırda Dövlət İdarəçilik Akademiyasında keçirilən rus dili dərslərində iştirak edir.

N.Paşinyan bununla Ermənistan əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət qulluqçularının səmərəli işləməsi üçün xarici dilləri, ilk növbədə ingilis dilini öyrənməli olduqları ilə bağlı açıqlamasına münasibət bildirib:

“Nəyə görə yalnız ingilis dili? Mən, məsələn, Dövlət İdarəçilik Akademiyasında keçirilən rus dili dərslərinə gedirəm. Başqa biri yapon, çin, ispan, alman dili kurslarına gedə bilər”.

Xatırladaq ki, N.Paşinyan sentyabrın əvvəli Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində ilk dəfə öz çıxışını erməni dilində edib. Bundan əvvəlki iclasda o, rus dilində çıxış etmişdi. Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov bu məsələni şərh edərək, Paşinyanın həmin çıxışının ona qəribə təsir bağışladığını söyləyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar