Ru
21:01 / 07 İyun 2026

Paşinyan seçilən kimi bu rus kəndini boşaldacaq

Paşinyan seçilən kimi bu rus kəndini boşaldacaq
Eye

Ermənistanın Lori vilayətində yaşayan rus molokan icmasının üzvləri kənddən çıxarıla bilər.


Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, “Tand-zut” şirkəti Lermontovo kəndinin yerləşdiyi ərazidə mədən layihəsi həyata keçirməyi planlaşdırır.

“XIX əsrin ortalarında Tambov və Saratov quberniyalarından köçərək bölgədə məskunlaşan köhnə ayinli rus icması bu təşəbbüsə etiraz edir və dəyişikliklərə qarşı çıxır. Kənd sakinləri layihəyə qarşı boykot elan ediblər. İddia olunur ki, daha sonra Lori vilayətinin administrasiyasının əməkdaşları və hakim partiyanın nümayəndələri kəndə gələrək yerli əhali ilə görüş keçiriblər", - deyə bildirilib.

Görüş zamanı sakinlərə yaşayış məntəqəsinin sökülə biləcəyi barədə xəbərdarlıq edilib. Həmçinin iddia edilir ki, kənd əhalisinə hakim komandanın parlament seçkilərində qələbə qazanacağı və hakimiyyətdə qalacağı barədə mesajlar verilib”.

Qeyd edək ki, bu rus yaşayış məntəqəsi 180 ildən çoxdur mövcuddur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar