Ru
21:17 / 07 Avqust 2025

Paşinyan Vaşinqtonda “qədimlik kompleksi” ilə səhnəyə çıxır - VİDEO

Paşinyan Vaşinqtonda “qədimlik kompleksi” ilə səhnəyə çıxır - VİDEO
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda yerləşən Müqəddəs Kitab Muzeyinə baş çəkib. Səfər zamanı o, muzeyə orta əsrlərə aid olduğu deyilən, Qriqor Narekatsinin əlyazmasının surətini hədiyyə edib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, erməni tərəfi bu addımı “mədəniyyətin təqdimatı” kimi qələmə verməyə çalışsa da, ekspertlər bunu Paşinyanın Qərbə ünvanladığı “biz qədimik, biz müdrikik” tipli klassik erməni kompleksinin nümayişi kimi dəyərləndirirlər.

Narekatsi – Ermənistanın mifoloji mənəviyyat simvolu kimi təqdim olunan və hər fürsətdə dövriyyəyə buraxılan fiqurlardan biridir. Bu jest də Qərb auditoriyasına yönəlmiş simvolik mesajdan savayı bir məna daşımır.

Vaşinqtonda siyasi bəyanatlar səsləndirməyən Paşinyan bu dəfə dini-mədəni rəmzlərlə gündəmə gəlməyi üstün tutub. Siyasi tənqidçilər qeyd edirlər ki, Paşinyan diplomatik arenada hər zaman “söz yoxdursa, əlyazma hədiyyə et” prinsipi ilə çıxış edir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar