Ru
10:21 / 01 İyun 2026

Paşinyandan Putinə cavab: Məntiqsizdir

Paşinyandan Putinə cavab:  Məntiqsizdir
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərindən danışıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, o, çıxışında Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqına üzvlüklə bağlı Ermənistanda referendumun keçirilməsi təklifinə də toxunub.

“Rusiya Federasiyası ilə yeni münasibətlər qururuq, əminəm ki, bunda uğur qazanacağıq. Rusiya Federasiyası ilə münasibətlərimiz açıq və səmimidir, bu münasibətlərdə heç bir qaranlıq məqam yoxdur”, - Paşinyan deyib.

Baş nazir Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı bildirib:

“Ermənistan rəsmi olaraq Avropa İttifaqına üzvlük üçün müraciət etməyincə və ya üzvlüyə namizəd statusuna çox yaxın olana qədər hansısa referendum keçirmək məntiqsizdir. Mahiyyət etibarilə indi bunun üçün heç bir əsas yoxdur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar