Ru
18:40 / 11 Avqust 2026

Paşinyanın qızı Ədliyyə Nazirliyindəki müzakirəyə hansı statusda qatılıb?

Paşinyanın qızı Ədliyyə Nazirliyindəki müzakirəyə hansı statusda qatılıb?
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Şuşan Paşinyanın Ədliyyə Nazirliyində keçirilən müzakirədə hansı statusda iştirak etdiyi məlum olub.

"Bakupost" xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin mətbuat katibi Mariam Melkumyan NEWS.am-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Şuşan Paşinyan Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Nazirlə bir gün” proqramında iştirak edir və eyni zamanda nazirlikdə təcrübə keçir.

Bundan əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan şəxsi məlumatların qorunması üzrə muxtar qurumun yaradılmasını nəzərdə tutan qanunvericilik paketinin müzakirəsinə dair video yayımlamışdı. Kadrlarda Şuşan Paşinyanın da iştirak etdiyi görünürdü.


Nazirlik onun müzakirədə iştirakının məhz proqram və təcrübə çərçivəsində həyata keçirildiyini açıqlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar