Ru
12:48 / 14 Avqust 2026

Paşinyanın üçüncü variantı: İrəvan Avropadan da, Rusiyadan da imtina edir

Paşinyanın üçüncü variantı: İrəvan Avropadan da, Rusiyadan da imtina edir
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya tərəfindən artan təzyiqlər fonunda keçirdiyi son brifinqdə bildirib ki, ölkəsi ola bilsin nə Avropa İttifaqını (Aİ), nə də Avrasiya İqtisadi İttifaqını (Aİİ) seçməsin.

“Ermənistan vətəndaşları nə Avrasiya İqtisadi İttifaqı, nə də Aİ ilə əlaqəsi olmayan üçüncü inkişaf yolunu seçə bilərlər. "Biz bu iki ittifaqı göstəririk, amma başqa bir təşəbbüs də ola bilər: nə Aİİ, nə də Aİ. Üçüncü variant da ola bilər...", - deyə Ermənistanın Baş naziri bildirib. O deyib ki, xalq özünün seçim edə bilməsi üçün Ermənistan vətəndaşlarına alternativlər yaratmaq istəyirlər:
“Amma bu gün biz daim dördüncü və beşinci alternativləri nəzərdən keçiririk, çünki kiminsə heç kimin Ermənistana ehtiyacı olmadığını, onun gedəcək yeri olmadığını bəyan etməsi kimi bir vəziyyət olmamalıdır".

Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Paşinyan bununla ölkə əhalisinə təbii bir yol göstərir:

“Bununla Ermənistanın Cənubi Qafqazda yerləşdiyini, 4 qonşusunun olduğunu yada salmaq istəyir. Gürcüstan və İranla münasibətləri normaldır. Türkiyə ilə Azərbaycanla münasibətlər pis idi. Amma indi tədricən yaxşılaşır. Belədə, Paşinyan həmin açıqlaması ilə demək istəyir ki, ən düzgün iqtisadi münasibətlər qonşularla olan münasibətlərdir. Azərbaycan və Türkiyəyə çıxış əldə etməklə Ermənistanın kənd təsərrüfatı məhsulları üçün böyük bazarlar açılır. Onda da qiymət rəqabəti başlayacaq”.

Politoloq qeyd edir ki, Ermənistan məhsulları Aİ-lik də deyil:

“Avropa İrəvana söz verdi ki, Moskvanın Ermənistana tətbiq etdiyi məhsul sanksiyalarından sonra Aİ onlar üçün bazarları açacaq. Amma Aİ bazarı gərgindir, onun uğrunda böyük qüvvələr mübarizə aparır. Onlar isə kiçik Ermənistanın öz az kəmiyyətli, amma keyfiyyətli mallarının təklif etməsini istəməzlər. Yəni Ermənistan məhsulları oralıq deyil. Ona görə də Paşinyan ad açıqlamasa da daha əlverişli ola biləcək alternativ varinatları da sadalayır”.

İrəvan üçün başqa bir varinta isə müsahibimizə görə Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya çıxışdır:

“Yəni Ermənistan Rusiya və Aİİ-dən asılı olmadan başqa daha uğurlu variantları da seçə bilər. Bununla Paşinyan dünyanın Rusiya ilə məhdudlaşmadığını da diqqətə çatdırır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar