Ru
17:18 / 16 İyul 2026

Pasport şəklini telefonda saxlamayın - XƏBƏRDARLIQ

Pasport şəklini telefonda saxlamayın - XƏBƏRDARLIQ
Eye

Mütəxəssislər mühüm sənədlərin, xüsusilə də pasportun şəkillərinin telefonda saxlanılmasının ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edirlər.

"Bakupost" Milli.az-a istinadla xəbər verir ki, hüquqşünas Anton Klyuçkonun sözlərinə görə, belə məlumatlar dələduzların əlinə keçərsə, onlar süni intellektdən istifadə edərək saxta şəxsiyyət təsdiqi yarada və zərərçəkənin xəbəri olmadan onun adına onlayn kredit rəsmiləşdirə bilərlər.

Ekspert bildirir ki, telefonun oğurlanması, messencer hesablarının sındırılması və ya bulud yaddaşına icazəsiz giriş nəticəsində pasport şəkilləri üçüncü şəxslərin əlinə keçə bilər. Bu isə maliyyə fırıldaqları riskini artırır.

Belə hallarda zərərçəkən şəxsin adına borclar yarana, kredit tarixçəsi zədələnə bilər. Hüquqşünas tövsiyə edir ki, belə bir vəziyyətlə qarşılaşan şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etsin, kredit təşkilatından müqavilənin etibarsız sayılmasını tələb etsin, nəticə əldə olunmadıqda isə məsələni məhkəmə qaydasında həll etsinlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar