Ru
14:17 / 12 Sentyabr 2026

Payızın 5 ən yaxşı qidası - Xərçəngin qarşısını alır

Payızın 5 ən yaxşı qidası - Xərçəngin qarşısını alır
Eye

Payızda yetişən məşhur meyvə-tərəvəzlər: balqabaq, kələm və alma xərçəng xəstələrinin uzunmüddətli profilaktikasında xeyli kömək edə bilər.


"Bakupost" Publika.az-a istinadla xəbər verir ki, bu fikri məşhur nevroloq, Sistemli Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov bildirib.

O qeyd edib ki, balqabaq karotinoidlərlə zəngindir və ondan şorbalar, qarnirlər və sobada hazırlanan yeməklərdə əsas tərkib hissəsi kimi istifadə edilə bilər.

Kələm isə özündə xroniki xəstəliklərin qarşısının alınmasında böyük rol oynayan lif və digər bitki birləşmələrini ehtiva edir.

Alma da məsləhət görülür. Çünki bu meyvə sadə bir lif mənbəyi olsa da sizə bəzi şəkərli və ultraemal olunmuş, kanserogen qəlyanaltıları əvəz etməyə imkan verir.

Dördüncü yerdə isə paxlalılar sinfinə aid qida növləridir. Bunlar mərcimək, lobya və noxuddur. Mütəxəssis məhz bu yeməkləri sağlamlıq faydalarına görə dördüncü yerə qoyub. Onlar xərçənglə mübarizə aparan insanların pəhrizində bitki zülalını və pəhriz lifinin miqdarını artırır. Mamatov qeyd edib ki, beynəlxalq səviyyədə verilən tövsiyələrdə, xərçəngin qarşısının alınması qaydalarında sağlam pəhrizin əsası kimi paxlalılar, tərəvəzlər, meyvələr və emal olunmamış taxıllar xüsusi olaraq vurğulanır.

Ən yaxşı beş payız qidasını bütöv dənli məhsullar tamamlayır: qarabaşaq, yulaf, tam taxıldn hazırlanan çörək və digər yüksək lifli qidalar: "Onlar pəhrizinizi daha doyurucu və fərqli şəkildə zəngin etməyə kömək edir".

Həkim onu da əlavə edib ki, lifin kolorektal xərçəng riskini azaltdığına dair konkret dəlillər də var.

Mamatovun sözlərinə görə, mövsümi qidalardan təkcə xərçəngin qarşısının alınmasında deyil, bu xəstəlikdən əziyyət çəkənlərin uzunmüddətli profilaktikasının bir hissəsi kimi də istifadə edilə bilər. Bununla belə, o, vurğulayıb ki, burada söhbət riskləri minimuma endirəcəyi ilə bağlı zəmanətdən də getmir. Bütövlükdə pəhriz və sağlam həyat tərzi olduqca vacibdir və onlara hərtərəfli yanaşmaq lazımdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar