Ru
18:16 / 22 İyun 2026

Paytaxtda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı - VİDEO

Paytaxtda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı -  VİDEO
Eye

Bakıda uzun illər evdən çıxa bilməyən şəxsin xəstəxanaya yerləşdirilməsi üçün xüsusi əməliyyat keçirilib.


Bakupost.az bizim.media-ya istinadən xəbər verir ki, 57 yaşlı Söhrab Səifzadə fil ayağı xəstəliyindən əziyyət çəkir. Təxminən 330 kiloqram çəkisi olan xəstə illərdir müalicə ala bilməyib. Səhhətində yaranan ciddi problemlər səbəbindən o, son 10 il ərzində evdən kənara çıxmayıb.

Məlumatı tibbi jurnalist Namidə İsayeva paylaşıb. Onun sözlərinə görə, xəstənin mənzildən çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə xüsusi tədbirlər görülüb.

Əməliyyat nəticəsində Söhrab Səifzadə uzun fasilədən sonra yaşadığı mənzildən çıxarılaraq Bakı Sağlamlıq Mərkəzinə çatdırılıb.

Hazırda onun müalicəsi və zəruri tibbi müayinələri həkim Zakir Quliyevin nəzarəti altında aparılır.

Hadisə ilə bağlı daha ətraflı məlumat videomaterialda təqdim olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar