Ru
09:27 / 08 Sentyabr 2026

Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi

Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır  – Qərar verildi
Eye

Yəmən hakimiyyəti 2015-ci ildən “Ənsar Allah” hərəkatının (husilər) nəzarətində olan paytaxt Səna şəhərini geri almağı planlaşdırır.

"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Yəmənin müdafiə nazirinin müavini bəyanat verib.

Onun sözlərinə görə, paytaxtın azad edilməsi ilə bağlı qəti qərar qəbul olunub.

Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb ki, Sənanın nəzarətə götürülməsi husilərlə illərdir davam edən silahlı qarşıdurmanın həllində və münaqişənin başa çatmasında həlledici addım olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar