Ru
23:46 / 15 İyul 2026

Paytaxtın 5 küçəsində hərəkət məhdudlaşdırılır

Paytaxtın 5 küçəsində hərəkət məhdudlaşdırılır
Eye

Bakıda bəzi küçələrdə təmir işlərinə başlanılır.

“Bakupost” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, sabahdan Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, Nizami rayonu, Əliağa Kürçaylı küçəsində, 17 iyul tarixindən isə Nizami rayonu, C. Naxçıvanski küçəsi (8-ci km bazarının sağ və sol tərəfi) və Yasamal rayonu, Ayna Sultanova küçəsində işlərin gedişatına uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və mümkün olduqda alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar