Ru
14:41 / 16 Oktyabr 2026

Pedaqoji Universitetdəki antisanitariya ilə bağlı AÇIQLAMA

Pedaqoji Universitetdəki antisanitariya ilə bağlı  AÇIQLAMA
Eye

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri təhsil müəssisəsindəki təmirsizlikdən və sanitar qovşaqlarının vəziyyətindən şikayət ediblər. Bununla bağlı fotolar patrul.az-a göndərilib.

Tələbələrin sözlərinə görə, illik 2 300 manat təhsil haqqı ödəmələrinə baxmayaraq, universitetin divarlarında çatlar var, dam örtüyü ilə bağlı problemlər yaşanır, sanitar qovşaqlarında isə antisanitar vəziyyət hökm sürür.

Məsələ ilə bağlı "Bakupost"un sorğusuna ADPU-nun mətbuat xidmətindən bildirilib ki, sözügedən görüntülər yeni deyil, əvvəlki illərdə çəkilib.

“ADPU olaraq universitetin tədris binalarında zaman-zaman yaranan cari təmir ehtiyacları ilə bağlı tədbirlər görülür. Bununla yanaşı, bütün sanitar qovşaqların mərhələli şəkildə tam təmiri nəzərdə tutulur”, – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, təxminən iki il əvvəl də ADPU-da təmirsizlik və antisanitar vəziyyəti əks etdirən oxşar görüntülər yayılmışdı.

Lalə Novruz, BakuPost




Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar