Ru
23:49 / 17 Sentyabr 2026

Pensiya yaşının 65-ə qaldırılmasına səs verən deputat 59 yaşında öldü

Pensiya yaşının 65-ə qaldırılmasına səs verən deputat 59 yaşında öldü
Eye

Rusiyanın hakim “Vahid Rusiya” partiyasından olan deputat Sergey Çepikov 59 yaşında vəfat edib.


"Bakupost" xəbər verir ki, Rusiya Biatlonçular İttifaqından bildirilib ki, VII və VIII çağırış Dövlət Dumasının deputatı olan Çepikov onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib.

Sergey Çepikov həmçinin keçmiş peşəkar biatlonçu və Olimpiya çempionu kimi tanınıb. O, uzun illər Rusiyanın biatlon yığmasının heyətində çıxış edib və daha sonra siyasi fəaliyyətə başlayıb.

Çepikov 2016-cı ildən Rusiya Dövlət Dumasında deputat kimi fəaliyyət göstərib.

Qeyd olunur ki, siyasətçi 2018-ci ildə Rusiyada kişilər üçün pensiya yaşının 65 yaşa qaldırılmasını nəzərdə tutan qanun layihəsinə səs verən deputatlar arasında olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar